525.Az

Latviya qadınlar üçün məcburi hərbi xidmət tətbiq etməyi planlaşdırır


 

Latviya qadınlar üçün məcburi hərbi xidmət tətbiq etməyi planlaşdırır<b style="color:red"></b>

2028-ci ilə qədər Latviyada təkcə kişilər üçün deyil, qadınlar üçün də məcburi hərbi xidmət tətbiq oluna bilər.

525.az xəbər verir ki, bu barədə “Politico” nəşri Latviyanın müdafiə naziri Andris Sprudsa istinadən yazıb.

Nazir bu planları hərtərəfli milli müdafiəyə doğru irəliləyiş adlandırıb və qadınların 2028-ci ildən orduya çağırılmasını dəstəklədiyini bildirib.

Latviyada icbari hərbi xidmət 2006-cı ilə qədər mövcud olub, sonra ləğv edilib, 2023-cü ildə isə yenidən bərpa edilib.

“Politico” qeyd edib ki, əhalisi iki milyondan az olan Rusiya ilə həmsərhəd ölkə təsadüfi olaraq çağırışçıları seçir və 2028-ci ilə qədər 4000 əsgərin xidmətdə olmasını planlaşdırır.

Nazir deyib ki, 2028-ci ilə qədər "ev tapşırığı” yerinə yetirilməlidir, bura ictimai müzakirələrin təşkili, xidmət infrastrukturunun təkmilləşdirilməsi və xüsusi olaraq qadınlar üçün uyğunlaşdırılmış resursların təmin edilməsi daxildir.

Pərvanə Sultanova

 





27.08.2024    çap et  çap et