525.Az

Braziliyada meşə yanğınları törədən 2 şəxs həbs edildi


 

Braziliyada meşə yanğınları törədən 2 şəxs həbs edildi<b style="color:red"></b>

San-Paulu ştatında meşələrdə kütləvi yanğınların səbəbkarları müəyyən olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Tarsisio de Freytas məlumat verib.

Yanğınlar flora və faunaya ciddi zərər vurmaqla yanaşı 10-dan çox yaşayış məntəqəsinin tüstüyə bələnməsinə səbəb olub. 

Həbs edilənlərdən biri 42 yaşlı avtomexanikdi. Hərbi polis onu saxlayarkən üzərindən benzin olan şüşə qab aşkarlayıb. Bundan başqa San-Paulu vətəndaşı olan həmin şəxsin mobil telefonunda yanğın törətdiklərini əks etdirən videogörüntülər də üzə çıxıb. 

Xatırladaq ki, meşə yanğınları üzündən hələ ötən şənbə San-Paulu ştatında fövqəladə vəziyyət elan edilmişdi. Ştatın 45 əyalətində yanğın faktı qeydə alınmış, dərslər, idman yarışları və digər kütləvi tədbirlər təxirə salınmışdı. Yanğınla mübarizəyə silahlı qüvvələrin heyəti, o cümlədən təyyarə və helikopterlər cəlb edilmişdi. Havadan çəkilişlə ümumilikdə 2621 nöqtədə yanğın qeydə alınmışdı.

L.Tağıyeva

 





27.08.2024    çap et  çap et