Dövlətlərarası "Dostık" kanalı vasitəsilə göndərilmiş su suvarma üçün nəzərdə tutulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistanın Su Ehtiyatları və İrriqasiya Nazirliyi məlumat yayıb. Nazir Nurjan Nurjiqatov bildirib ki, Qazaxıstan ölkəsi üçün strateji tərəfdaşdır və hər zaman yardıma hazırdırlar.
Məlumatda iyul ayının 1-dən indiyə kimi kanal vasitəsilə 488,6 milyon kubmetr su alındığı qeyd olunur.
Qeyd edək ki, kənd təsərrüfatı sahəsində ciddi su problemi ilə üzləşən Qazaxıstana qonşu Özbəkistan da kömək edir. Aprelin 1-dən indiyə kimi Özbəkistandan Qazaxıstana Sırdərya çayı vasitəsilə 4 milyard kubmetrə yaxın su axıdılıb.
L.Tağıyeva
çap et