Dünyanın ən qənaətcil insanı adına yaponiyalı Saki Tamoqami layiq görülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı xanım günə cəmi 1,4 dollar xərcləməklə o qədər də böyük olmayan maaşla 3 ev alıb.
19 yaşında qarşısına belə bir hədəf qoymuş Saki daşınmaz əmlak üzrə agentdir. O, hər gün yeməyə cəmi 35 sent xərcləyir. 15 il ərzində təzə geyim almayıb, qohumları və dostları verib. İlk evini 27 yaşında ikən 69 min dollara alan Saki mənzillərin mebellərinə də demək olar ki, pul xərcləməyib. O, mənzilləri atılmış mebellərlə "doldurub". Hətta evinin birinin birinci mərtəbəsində pişiklər üçün kafe açıb.
Qeyd edək ki, qənaətcil xanım xeyli kapitalı olmasına baxmayaraq, prinsipindən əl çəkmək istəmir və yenə də hər şeyə qənaət etmək fikrindədir.
L.Tağıyeva
çap et