525.Az

ANAMA-nın əməkdaşları Cenevrədə kursa qatılıblar


 

ANAMA-nın əməkdaşları Cenevrədə kursa qatılıblar<b style="color:red"></b> İsveçrənin Cenevrə şəhərində Mina aksiyalarında keyfiyyətin idarə olunması mövzusunda 19-cu Sülh Naminə Tərəfdaşlıq (PfP) kursu keçirilir.

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

İsveçrə müdafiə Nazirliyinin dəstəyi ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) tərəfindən təşkil olunmuş və oktyabrın 31-dək davam edəcək kursda İSO-9000 standartlarına uyğun keyfiyyətin idarə olunması, təmizlənmiş ərazilərin monitorinqi, uyğunsuzluqların aradan qaldırılması və s. təcrübələr bölüşüləcək.

Təlim kursuna Azərbaycandan ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov və agentliyin əməkdaşı Əhməd Manafov qatılıb.
 





27.10.2014    çap et  çap et