525.Az

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırdı


 

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırdı<b style="color:red"></b>

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, hazırkı dövlət başçısı Co Bayden və vitse-prezident Kamala Harris iyul ayında ona qarşı sui-qəsddə günahkardırlar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, onlar məxfi xidmətin işini çətinləşdiriblər: “Düşünürəm ki, bu, müəyyən dərəcədə Bayden və Harrisin günahıdır. Çünki onlar hökuməti mənim əleyhimə çevirməyə çalışdılar. Mənim sağlamlığım və təhlükəsizliyim onları maraqlandırmırdı”.

“Bayden və Harris mənim kifayət qədər Gizli xidmət mühafizəsinə malik olmağıma mane oldular”, - deyə Tramp teleaparıcı Fil Makqrouya müsahibəsində bildirib.

İbrahim Cəfərov

 





28.08.2024    çap et  çap et