525.Az

İnterpol ukraynalı generalı axtarışa verdi


 

İnterpol ukraynalı generalı axtarışa verdi<b style="color:red"></b>

İnterpol Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq generalı Andrey Naumovu beynəlxalq axtarışa verib.

525.az xəbər verir ki, bu barədə “Zerkalo nedeli” nəşri məlumat yayıb.   

Keçmiş məmur 2019-2021-ci illər arasında dövlət vəzifəsində çalışarkən 3,2 milyon qrivin məbləğində dələduzluqda şübhəli bilinir.

“Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq generalı 7 iyun 2022-ci ildə Serbiyadan Şimali Makedoniyaya keçərkən saxlanılıb. Naumovun yer aldığı nəqliyyat vasitəsində 592 min ABŞ dolları, 120 min avro və iki qiymətli daş aşkarlanmışdı”, - deyə nəşr yazır.

Lakin Serbiya məhkəməsi Andrey Naumovun Ukraynaya ekstradisiyasından imtina etmişdi. Məhkəmə bu addımı keçmiş generala qarşı cinayət işinin siyasi motivlərlə bağlı olmaq ehtimalı ilə əsaslandırmışdı.

İbrahim Cəfərov

 





28.08.2024    çap et  çap et