Fransa hökuməti teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun həbsinə görə minimum 17 milyard dollar itirib.
525.az REN TV-yə istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Megaupload və Mega-nın qurucusu, almaniyalı sahibkar Kim Dotkom paylaşım edib.
Onun sözlərinə görə, BƏƏ hökuməti Fransadan 80 ədəd “Rafale” qırıcısının alınması ilə bağlı müqaviləni donduraraq, Durov ətrafındakı vəziyyəti acınacaqlı adlandırıb. Razılığın pozulması nəticəsində Fransa 17 milyard dollarlıq itki ilə üzləşib.
“Pavel həm də BƏƏ vətəndaşıdır. O, həmçinin Baş nazirin müavini Hamdan Əl Maktumun yaxın dostudur”, - deyə Dotkom vurğulayıb.
Alman sahibkar daha əvvəl Durov azad olunana qədər Fransanı bütün sahələrdə boykot etməyə çağırıb.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən, terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
İbrahim Cəfərov
çap et