Britaniyanın "Reuters" xəbər agentliyi Ukraynada komandasında təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışan Rayan Evansın qaldığı otelə raket hücumu nəticəsində öldüyünü bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynadakı xəbərlər qrupunun bir hissəsi olan təhlükəsizlik üzrə məsləhətçi Rayan Evansla bağlı "Reuters"dən açıqlama verilib.
Evansın dünən Ukraynanın Kramatorsk şəhərində bir oteldə qaldığı zaman raket hücumu nəticəsində vurularaq öldürüldüyü bildirilib.
Açıqlamada "Reuters" komandasından iki jurnalistin xəstəxanaya yerləşdirildiyi və onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib və əlavə edilib: “Digər üç həmkarımızla əlaqə saxlanılıb və onlar sağ-salamatdır”.
Hücumla bağlı məlumat əldə etməyə çalışdıqları vurğulanıb və Evansın ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Digər tərəfdən, bəyanatda hücumu kimin həyata keçirməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Malik Atilay
çap et