"VkusVill" supermarketlər şəbəkəsinə məxsus 24 saat işləyən bir neçə mağaza satıcısız işləyəcək.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hələlik bu, pilot layihədir.
Layihə "VkusVill"in Moskva şəhərində və Moskva vilayətindəki bir neçə mağazasında sınaqdan keçiriləcək. Uğurlu alınacağı təqdirdə Rusiyanın digər bölgələrində də supermarketlər şəbəkəsinin mağazaları "satıcısız qalacaq".
Yeri gəlmişkən, artıq bir neçə ildir ki, Cənubi Koreyada bu tip mağazalar fəaliyyət göstərir. Orada gündüzlər kassalara satıcılar nəzarət etsələr də, gecələr onlarsız keçinilir. "VkusVill" rəhbərliyi məhz bu modelə üstünlük verir.
Qeyd edək ki, rəhbərlik pilot layihənin başlanmasının əsas səbəbi kimi kadr çatışmazlığını göstərib.
L.Tağıyeva
çap et