525.Az

ABŞ-ın silah zavodu Ukraynaya göndərilən mərmilərin istehsalını artırıb


 

ABŞ-ın silah zavodu Ukraynaya göndərilən mərmilərin istehsalını artırıb<b style="color:red"></b>

Amerikanın Pensilvaniya ştatındakı sursat zavodu Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün artilleriya mərmilərinin istehsalını 50% artırıb.

525.az xəbər verir ki, bu barədə “Milltary” portal məlumat yayıb.

“Scranton zavodu yaxınlıqdakı digər iki zavodla birlikdə istehsalı ayda 24 min mərmidən 36 min mərmiyədək artırıb”, - xəbərdə deyilir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydeni bütün silah-sursatları Ukraynaya göndərdiyi üçün Birləşmiş Ştatları sursatsız qoymaqda ittiham edib.

Pərvanə Sultanova

 





28.08.2024    çap et  çap et