525.Az

Təhsil nazirindən yeni əmr


 

Təhsil nazirindən yeni əmr<b style="color:red"></b> Təhsil naziri Mikayıl Cabbarov dövlət ümumi təhsil müəssisələrində açılmış eksperimental pilot siniflərin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, təlim beynəlxalq kurikulumu üzrə aparılan eksperimental pilot I siniflər üçün tədris planı və  X-XI siniflər üçün tədris planı  da təsdiqlənib.
 
Əmrdə məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova tədris planlarının ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
 





28.10.2014    çap et  çap et