525.Az

Çin və ABŞ Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə etməyib - Sallivan


 

Çin və ABŞ Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə etməyib - <b style="color:red"> Sallivan</b>

Çin və ABŞ Ukrayna böhranının həlli istiqamətində aparılan danışıqlarda irəliləyiş əldə edə bilməyiblər.

525.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Pekinə səfərindən sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkələr bu məsələdə heç bir plan hazırlamayıb və ona görə də danışıqlar nəticəsiz qalıb: “Çin Ukraynadakı münaqişəyə diplomatik yolla son qoyulmalı olduğu mövqeyindədir. Bu üç gün ərzində Ukrayna  məsələsi üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu. Biz diplomatiya ilə bağlı hər hansı konkret plana gəlməmişik, ona görə ki, Birləşmiş Ştatlar “Ukraynasız Ukrayna haqqında heç nə” sadə prinsipinə çox ciddi riayət edir”.

Sallivan avqustun 27-dən 29-dək Pekində səfərdə olub. Çinin xarici işlər naziri Vanq Yi və Baydenin müşaviri bir sıra aktual məsələləri müzakirə ediblər.

Pərvanə Sultanova

 





29.08.2024    çap et  çap et