Dünən axşam saatlarında Rusiya Federasiyasının paytaxtı Moskvanın Julebinsk bulvarında gəlmələr arasında kütləvi münaqişə baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 23 nəfəri saxlayıb.
Əcnəbilər arasında konflikt məişət zəmnində başlayıb, daha sonra dava-dalaş həddinə çatıb.
Vaxtında müdaxilə qarşıdurmanın böyüməsinə imkan verməyib, xəsarət alan yoxdur.
Polis münaqişə iştirakçılarının hamısını xuliqanlığa görə saxlayıb. Onlardan 10 nəfəri miqrasiya qeydiyyatı qaydalarını pozduğuna görə əlavə olaraq cərimələnib.
Qeyd edək ki, münaqişənin digər iştirakçıların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
L.Tağıyeva
çap et