525.Az

Malidə "milli fəlakət" elan edilib


 

Malidə "milli fəlakət" elan edilib<b style="color:red"></b>

Malidə güclü yağışların səbəb olduğu daşqınlardan sonra “milli fəlakət” elan edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, hökumətdən verilən açıqlamada ölkədə leysan yağışların səbəb olduğu sellərə diqqət çəkilib.

Açıqlamada sellə yanaşı, ildırım çaxması və tufanların da yaşandığı bildirilib və ölkədə “milli fəlakət” elan edildiyi paylaşılıb.

Son həftələrdə qeydə alınan yağışın 17 rayonda 7 mindən çox ev təsərrüfatına və 50 minə yaxın insana mənfi təsir etdiyi, əlverişsiz hava şəraitinin 30 nəfərin ölümünə səbəb olduğu vurğulanıb.

Malik Atilay 

 





29.08.2024    çap et  çap et