525.Az

Kreml Putinin səfər edəcəyi Monqolustanın BCM üzvü olmasından heç bir narahatlıq keçirmir


 

Kreml Putinin səfər edəcəyi Monqolustanın BCM üzvü olmasından heç bir narahatlıq keçirmir<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinin səfəri kontekstində Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyü ilə bağlı Kremldə heç bir narahatlıq yoxdur.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Jurnalistlərin Monqolustanın BCM-nin yurisdiksiyasını tanıması ilə bağlı Kremldə hər hansı narahatlığın olub-olmaması ilə bağlı sualına Putinin sözçüsü belə cavab verib:

“Xeyr, narahatçılıq yoxdur. Monqolustan dostlarımızla əla dialoqumuz var", - Peskov qeyd edib.

Peskovdan “BCM-nin Putinin həbsi ilə haqqında verdiyi orderlə bağlı” Monqolustan hakimiyyəti ilə danışıqların olub-olmaması da soruşulub. “Əlbəttə, səfərin bütün aspektləri diqqətlə hazırlanıb”, - deyə Kremlin rəsmi nümayəndəsi cavab verib.

Qeyd edək ki, Rusiya liderinin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcəyi, burada Sovet və Monqolustan silahlı qüvvələrinin “Xalxın-Qol” çayında yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcəyi gözlənilir.

 





30.08.2024    çap et  çap et