525.Az

Macarıstanın XİN başçısı Rusiyaya səfər edib


 

Macarıstanın XİN başçısı Rusiyaya səfər edib<b style="color:red"></b>

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Sankt-Peterburqa gəlib.

525.az xəbər verir ki, bu barədə nazir özünün feysbuk sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Səfərin məqsədini açıqlamayan XİN rəhbəri Rusiya şəhərini qeyd etməklə təyyarədən düşərkən çəkilmiş fotoşəkilini paylaşıb.

Xatırladaq ki, daha əvvəl Siyarto deyib ki, Macarıstan Brüsseldə Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həllini dəstəkləyəcək. O, həmçinin Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrelin Rusiyaya Qərb silahları ilə hücum etmək çağırışını pisləyib.

Pərvanə Sultanova

 





30.08.2024    çap et  çap et