Çin ABŞ-ı nüvə arsenalını əhəmiyyətli dərəcədə azaltmağa, nüvə materialları və texnologiyalarının yayılmasını dayandırmağa və “nüvə ittifaqını” genişləndirməkdən çəkinməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian açıqlama verib.
O deyib ki, Pekin qəti şəkildə ABŞ-ın mövcud olmayan “Çin nüvə təhlükəsi” bəhanəsi ilə nüvə arsenalını artırmasına və nüvə silahsızlanması üzrə öhdəliklərindən yayınmasına qarşıdır. Rəsmi qeyd edib ki, ölkəsi müdafiə xarakterli nüvə strategiyasına möhkəm sadiqdir və nüvə qüvvələrini milli təhlükəsizliyi üçün lazım olan minimum səviyyədə saxlayır.
“Hamı bilir ki, ABŞ dünyada ən böyük nüvə arsenalına malikdir və ona nüvə silahından birinci istifadə etməyə imkan verən nüvə siyasətinə sadiqdir. Son illərdə Birləşmiş Ştatlar nüvə silahlarının real döyüşlərdə istifadəsini asanlaşdırmaq üçün onların ölçüsünün azaldılmasına böyük sərmayə qoyub. Onlar qlobal strateji sabitliyi ciddi şəkildə təhdid edən nüvə silahlarının yayılması məsələsində ikili standartları tətbiq edirlər”, - Vu Qian söyləyib.
Pərvanə Sultanova
çap et