525.Az

Almaniya əfqanları deportasiya edib


 

Almaniya əfqanları deportasiya edib<b style="color:red"></b>

Almaniya 2021-ci ildə “Taliban” hərəkatının yenidən hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə Əfqanıstan vətəndaşlarını ölkələrinə deportasiya edib.

525.az “Dw”yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt bildirib. Onun sözlərinə görə, söhbət Almaniyada qalmaq hüququ olmayan məhkum edilmiş cinayətkarlardan gedir.

"Son aylarda federal hökumət bu cür hallarda geri dönüşləri bərpa etmək üçün çox səy göstərir və bu sahədə məsuliyyət daşıyan federal torpaqları dəstəkləyir. Berlin proseduru asanlaşdırmaq üçün əsas regional tərəfdaşlarla işləyir”, -  Almaniya hökumətinin sözçüsü əlavə edib.

O bildirib ki, Almaniyanın təhlükəsizliyə marağı açıq şəkildə “cinayətkarlar və təhlükəli şəxslər”lə bağlı vəziyyətlərdə fərdləri qorumaq ehtiyacından üstündür.

Əfqanlar Leypsiq hava limanından “Qatar Airways”in çarter təyyarəsi ilə ölkələrinə göndərilib.

Pərvanə Sultanova

 

 





30.08.2024    çap et  çap et