525.Az

Ukrayna ordusu Kurskda daha 2 kilometr irəliləyib


 

Ukrayna ordusu Kurskda daha 2 kilometr irəliləyib<b style="color:red"></b>

Sutka boyunca Ukrayna ordusu Kursk vilayətinin ərazisində daha 2 kilometr irəliləyib.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski deyib.

O bildirib ki, bununla da ordu bölgədə 5 kvadrat kilometrlik ərazini nəzarətə götürüb.

Sırskinin sözlərinə görə, “hazırda Rusiya tərəfinin Pokrovka istiqamətindəki müdafiə xəttini yarmağa yönələn cəhdləri uğursuzluqla nəticələnir”.

 





30.08.2024    çap et  çap et