525.Az

İlon Mask: ABŞ tezliklə iflasla üzləşə bilər


 

İlon Mask: ABŞ tezliklə iflasla üzləşə bilər<b style="color:red"></b>

Amerikalı milyarder İlon Mask hesab edir ki, ABŞ tezliklə iflasla üzləşə bilər.

525.az Report-a istinadək xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Dövlət xərclərinin hazırkı göstəriciləri ilə ABŞ iflasa doğru gedir. Hökumətin həddindən artıq xərcləri inflyasiyaya səbəb olur”, - paylaşımda qeyd edilib.

ABŞ Maliyyə Nazirliyi iyulun 29-da məlumat yayıb ki, ölkənin dövlət borcu 35 trilyon dolları ötüb.

 





30.08.2024    çap et  çap et