Hindistanın Qərbi Benqal ştatında balıqçıların toruna 3 nadir balıq düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar yerli əhalinin "Telia Bhola" adlandırdığı balıqları Diqha şəhərində hərraca çıxarıblar. Ümumi çəkisi 40 kq balıqlar 3.700 dollara satılıb.
Qeyd edək ki, "Telia Bhola"nı ovlamaq çətindir. Bu balıqlar Benqal sahillərində ildə 2-3 dəfə görünürlər. Bundan başqa onları qiymətli edən daha bir səbəb var. Belə ki, Asiyanın bəzi regionlarında bu balıqları xalq təbabətində istifadə edirlər. Balıqların qocalmanı ləngitdiyi deyilsə də, müasir tibb bu fərziyyəni inkar edir.
L.Tağıyeva
çap et