525.Az

Serbiya Fransadan 12 qırıcı təyyarə alacaq


 

Serbiya Fransadan 12 qırıcı təyyarə alacaq<b style="color:red"></b>

Serbiya Fransadan 12 qırıcı təyyarə alacaq. Artıq, ölkələr arasında razılıq əldə olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç məlumat verib.

Razılaşmamın dəyəri 2,7 milyard dollardır. Müqaviləyə əsasən Fransa Serbiyaya 12 "Rafale" qırıcısı, logistik zərf, ehtiyat hissələri və avadanlıqlar verəcək. A.Vuçiç bildirib ki, bu, Serbiya ordusunun güclənməsində önəmli addım olacaq.

Qeyd edək ki, 4-cü nəsil qırıcı təyyarə olan  çoxtəyinatlı "Rafale" 2001-ci ildən istismara buraxılıb. Fransa, Hindistan, Misir və Qətərin hərbi aviasiyasının əsasını təşkil edən "Rafale"nin qiyməti təchizatdan asılı olaraq 85-124 milyon dollar aralığında dəyişir.

L.Tağıyeva

 





29.08.2024    çap et  çap et