Amerikalı sahibkar İlon Mask söz azadlığının “konstitusiya ilə qorunduğu” ölkələrlə səfər etməmək qərarına gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı o, X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Sosial şəbəkə istifadəçilərdən biri teleqramın həmtəsisçisi Pavel Durovun həbsindən narahatlığını qeyd edərək, müxtəlif yeniliklərin tətbiqi üçün sahibkarın azadlığının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Buna cavabında İ.Mask “Söz azadlığının “konstitusiya ilə qorunduğu” ölkələrə səyahətimi məhdudlaşdırmaq yəqin ki, müdrik olardı”, - deyə paylaşım edib.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən, terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
İbrahim Cəfərov
çap et