525.Az

“İnsanları vəhşicəsinə öldürənləri edam edərdim” - Tramp


 

“İnsanları vəhşicəsinə öldürənləri edam edərdim” - <b style="color:red"> Tramp</b>

ABŞ prezidentliyinə namizəd Donald Tramp iri narkotik alverçilərinə və polis qatillərinə qarşı qanunun bütün gücündən istifadə edəcəyini bildirib.

525.az xəbər verir ki, o, bu barədə “Daily Mail”ə açıqlamasında deyib.

“Təbii ki, mən bunu edərdim. Böyük narkotik satıcılarını, bəlkə uşaq təcavüzkarlarını və ya bir polis məmurunu öldürənləri... Ümumiyyətlə, insanları vəhşicəsinə öldürənləri edam edərdim”, - deyə D.Tramp vurğulayıb.

Sabiq dövlət başçısı əlavə edib ki, statistikaya görə, bir narkotacir orta hesabla həyatında “500 nəfəri öldürür”.

Trampın fikrincə, ABŞ-da narkotik epidemiyasını dayandırmaq üçün ölüm cəzası tətbiq edilməlidir.

İbrahim Cəfərov

 





30.08.2024    çap et  çap et