Çeçenistan prezidenti Ramzan Kadırov son vaxtlar sosial şəbəkələrdə səhhətində problemlərin yaranması ilə bağlı yayılan xəbərləri yalanlayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, özünü cavan oğlan kimi hiss etdiyini bildirib.
Hər 3 aydan bir həkim müayinəsindən keçdiyini söyləyən Ramzan Kadırov çəkisinin azacıq azalması və artması hiss olunan kimi bu tip xəbərlərin yayıldığını deyib.
Qeyd edək ki, Kadırovun səhhətində problemlərin olması ilə bağlı şayiələr sosial şəbəkələrdə ötən ilin payızından yer almağa başlayıb. Hətta onun xəstəxana şəraitində müalicə olunduğu da bildirilirdi.
Xatırladaq ki, özünü cavan oğlan kimi hiss edən Çeçenistan liderinin oktyabrın 5-də 48 yaşı tamam olacaq.
L.Tağıyeva
çap et