525.Az

Banqladeşdə yanğında itkin düşən 130-dan çox adam axtarılır


 

Banqladeşdə yanğında itkin düşən 130-dan çox adam axtarılır<b style="color:red"></b>

Avqustun 25-də Banqladeşin Narayanqanc bölgəsindəki təkər fabrikində baş verən yanğında qismən dağılmış binanın dağıntıları altında itən və ya qapalı qaldığı güman edilən 130-dan çox adamın axtarışları davam edir.

525.az xəbər verir ki, “Dhaka Tribune” qəzetinin məlumatına görə, yanğınsöndürmə idarəsinin rəsmiləri yanğının bir gün sonra nəzarət altına alındığını, lakin kiçik yanğınların davam edə biləcəyini bildiriblər.

Təkər fabrikində baş verən yanğında 130-dan çox adamın itkin düşdüyünü bildirib və binada dronlarla axtarış apardıqlarını, lakin nəticəsiz qaldığını bildirib.

Səlahiyyətlilər yanğının uzun sürməsi, kimyəvi maddələr və suyun təzyiqi səbəbindən 6 mərtəbəli fabrik binasının qismən dağıldığını və bununla da itkin düşənlərin axtarışını çətinləşdirdiyini bildirib.

Malik Atilay

 





30.08.2024    çap et  çap et