525.Az

Hindistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 28-ə çatıb


 

Hindistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 28-ə çatıb<b style="color:red"></b>

Hindistanın qərbindəki Qucarat ştatında davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 28-ə yüksəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindustan Times-ın məlumatına görə, Hindistan Meteorologiya İdarəsi (IMD) avqustun 25-dən Qucarat əyalətində güclü yağışların təsirli olduğunu açıqlayıb.

IMD şiddətli yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və Qucaratın 11 rayonunda “qırmızı həyəcan”, 22 rayonunda isə “sarı həyəcan” elan edib.

Qucarat Səhiyyə Departamenti yağışlar nəticəsində ölənlərin sayının 28-ə yüksəldiyini açıqlayıb.

Qucarat fəlakət idarəsi rəsmiləri həmçinin bildiriblər ki, on minlərlə insan yağışlardan zərər çəkib və 17 800 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Malik Atilay

 





30.08.2024    çap et  çap et