525.Az

Braziliya “X”ə girişi qadağan edə bilər


 

Braziliya “X”ə girişi qadağan edə bilər<b style="color:red"></b>

Braziliya Ali Məhkəməsi "X" sosial media platformasına giriş qadağası tətbiq ediləcəyini açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, "New York Times" qəzetinin yazdığına görə, müxtəlif ölkələrdə hüquqi proseslərlə üzləşən İlon Maska məxsus "X", təxminən 200 milyon əhalisi olan Braziliyada da bağlanma riski altındadır.

Ali Məhkəmə "X"ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib və əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.

Malik Atilay

 





30.08.2024    çap et  çap et