525.Az

Paşinyan Prezident İlham Əliyevlə sərhəddə görüşməyə hazır olduğunu deyib


 

Paşinyan Prezident İlham Əliyevlə sərhəddə görüşməyə hazır olduğunu deyib<b style="color:red"></b>

“Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan prezidenti ilə sərhəddə görüşməyə hazıram”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O deyib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr doğurub:

“İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.

 





31.08.2024    çap et  çap et