525.Az

İslam dininin ümumbəşəri mesajı: sülh, sevgi və xoşgörü


 

İslam dininin ümumbəşəri mesajı: <b style="color:red">sülh, sevgi və xoşgörü</b>

Parisin Sorbon Universitetində Siyasi Araşdırmalar Mərkəzinin direktoru Ğəssam Səlamə ABŞ-da nəşr olunan "Foreing Policy" jurnalında dərc olunmuş "Islam and West" məqaləsinin ilk paraqrafında yazır: "Soyuq müharibə bitdi. Qərb strateqləri Avropa üçün yeni bir düşmən müəyyənləşdirdi. Bu düşmən İslamdır... Halbuki bu insanların əksəriyyətinin İslam haqqında bilgiləri çox qıtdır". Müəllif yazısına suallarla davam edir: "İslam dünya üçün təhlükədirmi? Elədirsə, onda bu təhlükə qədər ciddidir? İslam dünyasına doğru Qərb siyasətçiləri bu proseslərə yardım edir, yoxsa mane olur?" s.

Doğrudanmı İslam dünya üçün potensial təhlükədir? Bu dinin fundamentalizm, terrorizm, ekstremizm s. kimi məfhumlarla əlaqəsi vardırmı?

Əvvəlcə cavabı sitatlarda axtaraq. Qərb dünyasının önəmli simalarından sayılan ABŞ-ın sabiq prezidenti  Riçard Nikson 1992-ci ildə nəşr etdirdiyi bir əsərində: "...Amerikalıların əksəriyyəti müsəlmanları mədəni olmayan, barbar, irrasional bir toplum kimi görmək meylindədirlər" - dedikdən sonra belə davam edir: "İslam dinində terrorizmə aid heç bir doktrina yoxdur". Sonra o, qərblilərə: "Xristian Avropasındakı din savaşlarının üstündən hələ üç yüz il keçməyib" - deyə bir xatırlatma edir.

Niksonun işarə etdiyi mətləbi anlamaq o qədər çətin deyil. Belə ki, XVI əsrdə kilsə islahatları ilə başlayan xristian məzhəbləri arasındakı münasibətlərdə fanatizmə, ifratçılığa, hətta ədavətə çevrilən dözümsüzlük tarix boyunca davam edib. Məsələn, kilsə ənənəsini, Papanın hakimiyyətini inkar edən protestantlar katoliklər tərəfindən kafirlikdə, Hz.İsanın səlahiyyətlərinin Papaya verildiyini iddia edən katoliklər isə protestantlar tərəfindən inancsızlıqda ittiham olunublar. Bu dözümsüzlük təkcə dini teoloji sahələrlə məhdudlaşmayıb, katolik protestantlar arasında siyasi mədəni parçalanmalara, hətta Qərb ölkələri arasında uzunmüddətli dini müharibələrə səbəb olub. Məsələn, autodafe (ictimaiyyət qarşısında tonqalda yandırma) - katolik kilsəsinin öz rəqiblərinə amansızcasına divan tutma metodu idi. Təkcə İspaniyada  1481-1808-ci illər ərzində 34 658 (otuz dörd min altı yüz əlli səkkiz) insan yandırılaraq məhv edilib.

Müharibələr rəsmən başa çatsa da, ölümlərlə nəticələnən düşmənçilik ədavət, təəssüf ki, hələ davam edir. Halbuki insanlıq əleyhinə törədilən bu cinayətlər nəinki bütün səmavi dinlərin, sadəcə, insanlıq dininin mahiyyətinə ziddir.

Dinindən, irqindən, cinsindən s. asılı olmayaraq tarixdə baş verən bu antibəşəri davranışları insan olan məxluqun böyük təəssüf hissi ilə qarşılaması şəksizdir.      

İslam sözünün etimoloji mənası "qurtuluşa çatmaq, boyun əymək, tabe olmaq, sülh bağlamaq"dır. "İslam", "müslim", yaxud "müsəlman" kəlmələri arasında sıx bir əlaqə vardır. Buna görə "iman-islam", yaxud "mömin-müsəlman" sözləri arasında, nəticə etibarilə, bir fərq yoxdur.

Bu gün ən kiçik anlaşılmazlıqların qovğaya çevrildiyi, insanların sülh əmin-amanlıq axtardığı bir dünyada yaşayırıq. Kin nifrət toxumlarının cücərdiyi dünyada tolerantlığa, qarşılıqlı sevgi sayğıya ehtiyacımız var. Bu ehtiyaca məhz sülh sevgi peyğəmbəri motivi ilə cavab verməliyik.

Təəssüf ki, XXI əsrin əvvəlində dünyada formalaşdırılan müsəlman obrazı sevgi barış peyğəmbərinin obrazına uyğun deyil. Beynəlxalq kütləvi informasiya vasitələri nədənsə həqiqəti təhrif edərək terrorla -içə bir müsəlman obrazı yaratmağa çalışır. Halbuki İslam peyğəmbəri Hz.Məhəmməd bütün bəşəriyyətin ehtiyac duyduğu dinc yanaşı yaşamaq prinsipini təsis etmək üçün göndərilib. Danılmaz həqiqətdir ki, islam əxlaqında insan kainatın ən üstün varlığı kimi səciyyələndirilir. İnsanların həyat haqlarına, yaxud can toxunulmazlığına qarşı tətbiq olunan amansızlıq qətiyyətlə qınanır. Qurani-Kərimdə mənəvi olaraq bir insanın həyatda yaşamasına yardımçı olan kəs bütün insanlığa həyat vermiş şəxs kimi xarakterizə edilir. Əksinə, bir cana haqsız yerə qıyan şəxs isə bütün insanları öldürmüş kimi səciyyələndirilir (əl-Maidə, 5 /32).

İnsanlarla mərhəmətli davranmaq müsəlmanlığın təməl prinsiplərindəndir. İslam peyğəmbəri daim mərhəmət etməyi, insanlara şəfqət göstərməyi tövsiyə edib: "Allah insanlara mərhəmət etməyənə mərhəmət etməz"; "Yer üzündəkilərə mərhəmət edin ki, Allah da sizə mərhəmət etsin...".  Sevgi, mərhəmət, şəfqət yardımlaşma yaxşı müsəlman olmanın səciyyəvi cəhətidir. Bütün insanlara digər yaradılmışlara qarşı anlayışlı mərhəmətli olmaq İslamın insana çatdırmaq istədiyi kamilliyin əsasıdır. Bu isə əvvəlcə möminlərin öz aralarında başlayıb, sonra bəşəriyyəti bütün məxluqatı əhatə edir.  Savaş zamanı İslam ordularına amansızlıqdan uzaq durmaları əmr edilir. İslamda işgəncə ilə öldürmə yasaqdır. Hz.Peyğəmbərin iştirakçısı olduğu  bütün savaşlarda öldürülən düşmənin sayına nəzər saldıqda, onun dərəcədə qan tökməkdən uzaq bir peyğəmbər olduğu aydın olur.

Müsəlman işgəncə, amansızlıq terrora "yox" deyən kəsdir. İnsanlıq tarixi araşdırıldıqda müxtəlif inanc, mədəniyyət düşüncələrə sahib insanların bir arada yaşadığını görürük. Peyğəmbərimizin həyatı ilə tanış olduqda görürük ki, o, Məkkə dönəmində on üç il boyunca müşriklərlə bərabər yaşayıb, ona qarşı edilən işgəncələrə baxmayaraq onlarla amansız davranmağa izn verməyib, səbir mətanət göstərib. Rəsuli-Əkrəm ona hər cür işgəncə edənləri Məkkənin fəthindən sonra əfv edib.

Məhz bu tolerantlıq sayəsində İslam insanların könüllərini fəth  edib, dünyaya yayılıb.

Bu gün İslamın yayılmasının qarşısını almaq məqsədilə müsəlmanlara ifratçı donu geyindirən Qərb mediası mənfi obraz yaratmağa, müsəlmanları amansız, mərhəmətsiz terrorçu qruplar kimi göstərməyə çalışır. Məsələn, Amerika Birləşmiş Ştatlarında ərəblərlə eyniləşdirilən İslam çox mənfi şəkildə səciyyələndirilir. ABŞ-da əksəriyyət İslam dünyasını İsraili yer üzündən silmək üçün cidd-cəhd göstərən anti-insani qüvvələr, Münih olimpiya oyunlarını qana boyayan fələstinli "Black September" təşkilatının rəhbərləri, sərnişin təyyarələrini bombalayan suriyalı liviyalılar kimi xatırlayır, yaxud qələmə verirlər.

Hələ XX əsrin əvvəllərində çəkilən amerikan filmlərində ərəblər çöldə yaşayan, bir-birləri ilə savaşan, qul bazarlarında qadın alveri ilə məşğul olan xarakterlər kimi canlandırılırdı. Sonralar çəkilən filmlər müsəlman ərəbləri aşağılayan xarakterdə idi. "Fatima's Dance" (Fatimənin rəqsi), "Road to Morocco" (Mərakeşə gedən yol), "Malice in Palace" (Sarayda ədavət) kimi filmləri buna misal göstərmək olar. 1943- ildə çəkilən "Adventure in Irag" (İraqda macəra) adlı filmdə müsəlmanlar hətta guya şeytana tapınan insanlar kimi təqdim olunurlar.

Doktor Əbdülbaqi Kəskin yazır: "Son 60 il içərisində, xüsusilə Orta Şərqdə neft ehtiyatlarının kəşfindən terror hadisələrinin vüsətindən sonra çirkin ərəb obrazına iki yeni tip əlavə olundu. Ölüm saçan terrorist tipi, bir qarnıyoğun, çəngəl burunlu, sarsaq görünüşlü, dəyanətsiz, zəngin, əxlaqsız şeyx tipi...".

Əlbəttə, ərəblərin simasında yaradılan bu obraz təkcə həqiqi müsəlman olan ərəblər İslam dünyası üçün deyil, bütün insanlığa qarşı həyata keçirilən haqsızlıq yanlışlıqdır.

Qeyd edilməlidir ki, ərəblərin hamısı müsəlman olmadığı kimi, müsəlman olan ərəblər İslam dünyasının yalnız bəlli bir kəsimini təşkil edir.

2002-ci ildən başlayaraq avtobus dayanacaqlarına, dövlət qurumlarına, kilsələrə, hətta məscidlərə basqınlar təşkil edən, Nigeriyada 270 məktəbli qızı girov saxlayan, minlərlə insanın ölümünə, yaxud itkin düşməsinə səbəb olan, Afrikanın iqtisadiyyatını təhdid edən "Boko Haram" adlı radikal "islamçı" qruplaşmaya, müsəlman adı bir tərəfə qalsın, heç insan deməyə adamın dili gəlmir.

Bu gün İraq Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşmanın (İŞİD) dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər amansız qətlləri İslamın müsəlmanların adına yazmaq ən azından ədalətsizlik vicdansızlıqdır. Dünyanın bütün kütləvi informasiya vasitələri İŞİD adlı terrorçu "islam" qruplaşmasının  asıb-kəsməsindən, adam öldürməsindən danışır. Sanki ümumbəşəri dəyərlərin carçısı olan dünyaya yeni sivilizasiya bəxş etmiş İslamı gözdən salmaq üçün öhdəlik götürülüb. Məgər terrorçunun, günahsız insanları qətlə yetirənlərin, dinc əhaliyə divan tutanların dini-imanımı olur?!

Müsəlmanlar haqqında bu "stereotip" basmaqəlib görüşlərin formalaşdırılması bütün dünya üçün bəşəriyyət üçün xöş perspektivlər vəd etmir.

Əlbəttə, insanlıq adına yaraşmayan pis nümunələrin sayını artırmaq olar. Amma bu antibəşəri örnəklərdən çıxış edərək bütün din, yaxud mədəniyyət mənsublarını mühakimə etmək səhv düşüncənin məhsulu olub çox zərərlidir. Kor-koranə Qərb, yaxud Şərq düşmənçiliyi, yaxud anti-semitizm qədər səhvdirsə, İslamı terrorizmlə eyniləşdirmək bir o qədər səhvdir. 

Dünyaya yeni bir sivilizasiya bəxş edərək insanı Yer üzünün əşrəfi sayan bəşəriyyətin həmişəyaşarlığı üçün mühüm vasitə olan İslam müsəlmanlar barəsində neqativ obrazlar yaratmaq tendensiyasının bütün insanlıq üçün zərərli olması, nəhayət, başa düşülməlidir.

Çünki həqiqi müsəlman məhz müsəlman olduğu üçün bütün millətlərə, dinlərə dini dəyərlərə hörmətlə yanaşır. Bunun əksini düşünənlər isə bəşəriyyəti fəlakətlə üz-üzə qoymağı arzu edənlərdir.

Tarixən bütün dinlərə yüksək ehtiramla yanaşan xalqımız İslamı sülh əmin-amanlıq dini kimi dərk edib yaşadıb. İslamda insan sevgisi əmin-aman bir cəmiyyət idealı birgə mövcud olub. Peyğəmbərimiz özündən əvvəl gələn bütün peyğəmbərlərin səmavi kitabların haqq olduğunu qəbul edən, sülh sevgi peyğəmbəridir. Dinimizin ümumbəşəri mesajı barış, sevgi tolerantlıq - xoşgörüdür.

Çətin günlər yaşayan dünyamız sevgi, təbəssüm, sülh əmin-amanlığa möhtacdır. Cəmiyyət üçün olmamalıdır. Xüsusilə, dil, din irq ayrıseçkiliyi tanımayan cəmiyyətimiz üçün dini zəmində məzhəb ayrıseçkiliyinə, bölücü təriqətlərin ayaq tutub yeriməsinə fürsət verə bilmərik. Çünki aramızda birlik, bərabərlik həmrəylik olmadan İslamın həqiqi mahiyyətini müsəlmanın doğru portretini dünyaya tanıtmağımız real görünmür. Uca Allah buyurur: "Ey iman edənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq-aşkar düşməninizdir!" (əl-Bəqərə 2/208).

 





28.10.2014    çap et  çap et