525.Az

Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var


 

Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var<b style="color:red"></b>

Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb, iki nəfər həlak olub.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.

“Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb <...> iki nəfərdən ibarət hava gəmisinin ekipajı ölüb.

Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir”, – məlumatda diqqətə çatdırılıb.

 





01.09.2024    çap et  çap et