525.Az

"Xaricdə təhsil alan azərbaycanlılar diaspor işində aparıcı rol oynayırlar"


 

"Xaricdə təhsil alan azərbaycanlılar diaspor işində aparıcı rol oynayırlar"<b style="color:red"></b>

Bu gün dünyanın aparıcı universitetlərində təhsil alan yüzlərlə azərbaycanlı gənc, diaspor sahəsində öz fəallıqları ilə seçilirlər. Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetinin iqtisadi idarəetmə üzrə təhsil alan Cəmalə İbadbəyli belə tələbələrdən biridir. C.İbadbəyli bizimlə söhbət  zamanı həm təhsil, həm diaspor sahəsində fəaliyyəti barədə daha ətraflı danışıb:

- Hələ orta məktəbdə təhsil alarkən əksər tanışlarımın xaricdə oxuması mənim xaricdə oxumaq istəməyimə vəsilə oldu. Fərqli mədəniyyət, fərqli yaşam tərzi mənə hər zaman maraqlı gəlib. 2012-ci ildə Türkiyənin Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetinə daxil oldum,  hazırda III kurs tələbəsiyəm.  Bu fakültəni təsadüf nəticəsində qazandım. Ancaq bu fakültə həyatımın rənglənməsinə səbəb oldu. İrəlidə ehtiyacımız olacaq məlumatları bir müddətdə inanılmaz səbr ilə öyrətdilər öyrətməyə davam edirlər. Mənə həyatımın geri qalanında hər zaman xeyrimə olacaq olan araşdırma, eyni zamanda ətrafına faydalı bir insan olma duyğusunu öyrəndim.

- Samsunda azərbaycanlı gənclər birlikdə tədbirlər təşkil edirlərmi? Gənclərin diaspor fəaliyyəti ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Oxuduğum şəhərdə azərbaycanlı tələbələrlə münasibət çox yaxşıdır. Ümumiyyətlə, universitetimizdə çox sayda azərbaycanlı tələbələr təhsil alır. Demək olar ki, hər kəs burada bir-birini tanıyır. Bir yerdə çox vaxt keçiririk. Samsunda 1700 xarici tələbə var bunun 240 nəfəri Azərbaycandan gələn tələbələrdir. Burada məlum günlərdə azərbaycanlı tələbələrlə yığışıb tədbirlər keçiririk. Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı digər bayramları qeyd edirik. Buradakı gənclərə Azərbaycanın böyük tarixi, mədəniyyəti ilə bağlı məlumat veririk. Ən əsası isə məqsədimiz Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu o torpaqların əzəli əbədi Azərbaycan torpaqları olduğunu hər kəsə çatdırmaqdır. Xaricdə təhsil alan tələbə kimi ölkəmizi təbliğ etmək bizim borcumuzdur. Bu bir faktdır ki, ölkəmiz son illər ərzində böyük tərəqqiyə nail olub Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə olur. Ölkənin siyasi, sosial-iqtisadi mədəni həyatında gənc nəsil fəal iştirak edir. Minlərlə gəncimiz beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir, idmançıların, yaradıcı gənclərin uğurları nəticəsində Azərbaycanın bayrağı xarici dövlətlərdə yüksəlib, ölkə himni səsləndirilib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə beynəlxalq qurumlarda ölkəmiz daha da yaxından tanınıb, onun tarixi, mədəniyyəti bu günü haqqında geniş məlumatlar əldə edilib. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında aparıcı rol oynayır, lobbiçilik fəaliyyətinə fəal qatılır. Bir azərbaycanlı kimi ölkəmizi tanıtmaq, bu istiqamətdə tədbirlər təşkil etmək mühüm əhəmiyyət kəsb edir.

Ondokuz Mayıs Universitetində hər il Xocalı soyqırımı Azərbaycanın təqdimatı ilə bağlı tədbirlər keçiririk. Bu tədbirlərə yerli xarici tələbələr, universitet müəllimləri buranın sakinləri qatılır. Biz Azərbaycanı oxuduğumuz ölkədə müsbət yöndən tanıdaraq millətimizə, dövlətimizə olan borcumuzu az da olsa ödəməyə çalışırıq. Samsunda oxuyan tələbə olaraq hər il Azərbaycanla bağlı tədbirlər təşkil etməkdən əlavə,  Azərbaycanın Türkiyədəki səfirliyinin AzDer /İndex təşkilatının da keçirdiyi tədbirlərə qatılıram.

- Azərbaycanda həyata keçirilən gənclər siyasətini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyət illərindən gənclərə olan qayğı, Gənclər İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi bu sahədə hər şeyin təməlini qoydu. Azərbaycan hökuməti xaricdə oxuyan tələbələrimizə diqqət qayğı göstərir. Son 5-7 ildə xaricdə oxuyan tələbələrin sayı daha da artıb. İndiki zamanda dövlətimiz tələbələr üçün hər bir imkan yaradır. Dövlət proqramı bunun nümunəsidir. Tələbələr xarici ölkələrdə əldə etdikləri bilik bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər. Bütün bunlar bir daha onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Bu gün ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, yeni sənaye xidmət müəssisələri yarandıqca, peşəkar gənc kadrlara ehtiyac çoxalır. Ona görə bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər. Bu halı yüksək dəyərləndirirəm düşünürəm ki, dövlətimiz həmişə olduğu kimi gələcəkdə gənclərimiz üçün mayak rolunu oynayacaq bizə müxtəlif istiqamətlərdə yol göstərib yardımlar edəcək.

- Gələcəkdə təhsilinizi davam etdirmək istərdinizmi?

- Əlbəttə, bakalavr təhsilimi yüksək bir şəkildə bitirdikdən sonra magistratura təhsili almaq istəyirəm. Bu təhsili ya Türkiyə, ya da Avropa ölkəsində almağı düşünürəm. Karyeramı isə Azərbaycanda davam etdirmək istəyirəm. Amma xaricdə olan Azərbaycan şirkətlərində işləməyi düşünürəm, ən vacibi isə məqsədim ixtisasımı daha da mükəmməlləşdirməkdir. Gələcək planlarım çoxdur. Amma ən birinci planım odur ki, universitetdə öyrəndiklərimi Azərbaycanda çox lazımlı bir şəkildə həyata keçirim. Hazırda ölkəmizdə iqtisadiyyat sürətlə inkişaf edir. Bu sahədə təhsil alan hər bir gənc öz biliklərini imkan daxilində tətbiq etməlidir. Ölkəmizin daha da inkişafında əməyini əsirgəməməlidir. İnanıram ki, mən Vətənə geri qayıdandan sonra özümə uyğun ad qazanacağam.

- Ümumiyyətlə, gənclər ölkəmizin inkişafına hansı töhfələri verə bilərlər?

- Gənclərimizdən çox şey asılıdır. Xaricə yol tapan gənclərimizin üzərinə doğrudan da böyük məsuliyyət düşür. Buna görə xaricə gedən tələbələr öyrənməklə qalmamalı, öyrəndiklərini Vətənə qayıtdıqdan sonra istifadə etməlidirlər.

Pərvanə

 





28.10.2014    çap et  çap et