Ukrayna yalnız 1991-ci il sərhədləri daxilində NATO-ya üzv olacaq, başqa format müzakirə olunmur.
525.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefaşina deyib.
Onun sözlərinə görə, Ukrayna NATO-ya üzvlük məsələsində heç vaxt müəyyən məhdudiyyətlər və ya yenidən bölüşdürülmə məsələsini qaldırmayacaq. Əlavə edib ki, Ukrayna müttəfiqləri alyansa üzvlük təklif etməzdən əvvəl heç bir həll təklifi irəli sürməməlidir.
Eyni zamanda, Kiyev hər bir NATO üzvü ilə danışıqlar aparacaq. Olqa Stefaşina deyib ki, 1991-ci il sərhədləri daxilində NATO-ya qoşulacaq suveren, müstəqil ölkə olan Ukrayna var.
Pərvanə Sultanova
çap et