525.Az

Niderland Ukraynaya yeni yardım paketi ayırır - 200 milyon avroluq


 

Niderland Ukraynaya yeni yardım paketi ayırır - <b style="color:red"> 200 milyon avroluq</b>

Niderland hökuməti Ukraynaya 200 milyon avro həcmində yeni yardım paketi ayrılması barədə qərar qəbul edib.

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Dik Sxof bildirib.

Onun sözlərinə görə, bu vəsait Ukraynanın enerji infrastrukturunun qorunması və təmiri, eləcə də humanitar yardım üçün istifadə olunacaq.

“Ukraynanın daha da irəliləməsi üçün əlimizdən gələni etməliyik. Təkcə cəbhədə deyil, gündəlik həyatda da”, - deyə Sxof vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna NATO ölkələrindən təcili sürətdə tikinti və mühəndis avadanlıqları tələb etmişdi.

İbrahim Cəfərov

 





02.09.2024    çap et  çap et