525.Az

Pavel Durov 5 milyon avroluq girovu necə ödəyəcək?


 

Pavel Durov 5 milyon avroluq girovu necə ödəyəcək?<b style="color:red"></b>

Parisdə həbs olunan, daha sonra 5 milyon avro qarşılığında sərbəst buraxılan teleqramın həmtəsisçisi Pavel Durovun sözügedən məbləği necə ödəyəcəyi məlum olub.

525.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Paris məhkəməsindən bildirilib.

Qeyd olunub ki, Durov 5 milyon avronu birdəfəyə deyil, hissə-hissə ödəyəcək. O, artıq sözügedən məbləğin bir hissəsini ödəyib. Lakin konkret olaraq hansı məbləğdə ödəniş edildiyi açıqlanmayıb.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durovun adı bir sıra cinayətlərdə, o cümlədən, terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində hallanır.

Daha sonra məhkəmə 5 milyon avroluq girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə Pavel Durovu sərbəst buraxıb. Ona Fransa ərazisini tərk etmək qadağan edilib.

İbrahim Cəfərov

 





02.09.2024    çap et  çap et