525.Az

ABŞ-da atışma - 6 nəfər yaralanıb


 

ABŞ-da atışma - <b style="color:red"> 6 nəfər yaralanıb</b>

ABŞ-nin Neşvill şəhərində atışma baş verib.

525.az xəbər verir ki, bu barədə yerli “WSMV 4” kanalı məlumat yayıb.

Qeyd olunur ki, insident Antiok rayonundakı “SkyBar & Lounge” gecə klubunun qarşısında baş verib. Naməlum şəxsin açdığı atəş nəticəsində yaralananlar olub.

“Bir nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Digər 5 nəfərin yaraları ciddi olmağı üçün onlar şəxsi avtomobillərlə xəstəxanaya gətiriliblər”, - deyə məlumatda qeyd olunub.

Əlavə edilib ki, yaralıların heç birinin həyati təhlükəsi yoxdur.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət kameraları vasitəsi ilə şübhəli şəxsin kimliyini dəqiqləşdirməyə çalışırlar.

İbrahim Cəfərov

 





02.09.2024    çap et  çap et