525.Az

Balıqçıların axtarışına aviasiya dəstəsi cəlb edilib


 

Balıqçıların axtarışına aviasiya dəstəsi cəlb edilib<b style="color:red"></b> Xəzər dənizində itkin düşən balıqçıları tapmaq mümkün olmayıb.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Qeyd edək ki, oktyabrın 22-də Bakı şəhər sakini Şamil Yolçuyev, Xaçmaz rayon sakinləri Yusif Mahmudov və Elman Qayıbxanov qayıqla Nardaran qəsəbəsindən Xəzər dənizinə çıxıblar və geri qayıtmayıblar.
 





28.10.2014    çap et  çap et