525.Az

Avstraliya səfiri İran XİN-ə çağrılıb


 

Avstraliya səfiri İran XİN-ə çağrılıb<b style="color:red"></b>

Avstraliyanın Tehrandakı səfiri Yan Makkonvil səfirliyin Instagram hesabında LGBT-yə dəstək paylaşımına görə İran Xarici İşlər Nazirliyinə çağrılıb.

525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İran XİN hesab edir ki, diplomatik qurum bununla normaları pozub. Nazirlik tərəfindən səfirin bu addımı pislənilib, onun İslam norma və adətlərinə zidd olduğu vurğulanıb.

Makkonvil səfirliyin İran xalqını incitmək istəmədiyini bildirib və xarici siyasət idarəsinin mövqeyini rəhbərliyə çatdıracağına söz verib.

Xatırladaq ki, sentyabrın 1-də Avstraliya səfirliyi Instagram-da ölkənin LGBT Həmrəylik Gününü qeyd etməsi ilə bağlı paylaşım edib.

Pərvanə Sultanova

 





03.09.2024    çap et  çap et