2012-ci il London Olimpiadasında gümüş medal qazanmış rusiyalı yüngül atlet Tatyana Tomaşova mükafatından olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İdman Arnitraj Məhkəməsi (CAS) Tomaşovanın bir neçə dəfə antidopinq qaydalarını pozduğunu əsas gətirərək bu barədə qərar çıxarıb.
Onun 2012-ci il iyulun 21-dən 2015-ci il yanvarın 3-ə kimi qazandığı bütün nailiyyətlər ləğv edilməklə yanaşı, 10 il diskvalifikasiya olunub.
Qeyd edək ki, Tatyana Tomaşova London Olimpiadasında 1500 metr məsafəyə qaçışda 4-cü olmuşdu. Lakin finiş xəttinə ondan əvvəl çatan 2 yüngül atletdə dopinq aşkarlandığı üçün rusiyalı sonradan gümüş medalla təltif edilmişdi. İndi onun aktivində 2004-cü il Afina Olimpiadasındakı gümüş medal, həmçinin, 2 dünya və 1 Avropa çempionluğu qalır.
Yeri gəlmişkən, 10 illik diskvalifikasiya haradasa bir qədər gecikmiş qərardır. Çünki Tomaşova idmançı karyerasını 2016-cı ildə bitirib.
L.Tağıyeva