Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.
525.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk sosial şəbəkə hesablarında paylaşım edib.
“Ali Radaya Ukraynanın xarici işlər naziri D.İ.Kulebanın istefa ilə bağlı müraciət daxil olub. Bu məsələyə qarşıdakı plenar iclaslardan birində baxılacaq”, - deyə Stefançuk bildirib.
Qeyd edək ki, Kulebanın istefa verəcəyi barədə dünəndən Ukrayna mətbuatında xəbərlər yayılmışdı. Onu birinci müavini Andrey Sibiqanın əvəzləyəcəyi deyilir.
Əlavə edək ki, son zamanlar Kuleba istefa verən sayca altıncı ukraynalı nazirdir.
İbrahim Cəfərov
çap et