Kopenhagen Universiteti yaxınlığında etiraz aksiyası keçirən isveçli ətraf mühit fəalı Qreta Tunberq polis tərəfindən saxlanılıb.
525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Tunberq sosial şəbəkələrdə İsrail universitetləri ilə əməkdaşlığa qarşı çıxan aksiya iştirakçılarının etirazlarını əks etdirən video yayımlayıb.
Tələbələrin işğala qarşı olduqlarını yazan ətraf mühit fəalı özünün də Kopenhagen Universitetinin inzibati binasında olduğunu və polisin etirazçıları dağıtdığını bildirib.
Nəşr qeyd edib ki, universitet sinaqoqun yerləşdiyi Kristalqade küçəsində yerləşir. Polis əməkdaşları əlləri qandallanmış bir neçə nəfəri binadan çıxarıb. Onların arasında Qreta da olub.
Pərvanə Sultanova
çap et