525.Az

Ukrayna və İrlandiya təhlükəsizlik sazişi imzalayıb


 

Ukrayna və İrlandiya təhlükəsizlik sazişi imzalayıb<b style="color:red"></b>

Ukrayna və İrlandiya təhlükəsizlik üzrə ikitərəfli sazişi bağlayıb.

525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin saytında məlumat yerləşdirilib.

Bu il Dublin Kiyevə hərbi dəstək üçün daha 128 milyon dollar, humanitar yardım üçün isə 40 milyon dollar ayırmağı öhdəsinə götürüb. Ölkə, həmçinin partlayıcı sursatları zərərsizləşdirmək üçün Kiyevə avadanlıq tədarük edəcək. Eyni zamanda, Ukrayna ərazisində minaların təmizlənməsi üzrə koalisiyada iştirak edəcək.

Qeyd edək ki, İrlandiyanın baş naziri Saymon Harris Kiyevə səfər edib. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya ilə münaqişəni, Aİ-nin Kiyevə dəstəyini və Ukraynanın Aİ-yə üzvlük müraciətini müzakirə edib.

Pərvanə Sultanova

 





04.09.2024    çap et  çap et