525.Az

Ən hündür əkiz qüllələr də Dubayda olacaq


 

Ən hündür əkiz qüllələr də Dubayda olacaq<b style="color:red"></b> Dubayda dünyanın ən hündür əkiz qüllələri tikiləcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, "Dubai Twin Towers" adlı göydələn daşınmaz əmlak sahəsində yeni meqa-layihənin bir hissəsi olacaq.

Göydələnin hündürlüyünün dəqiq neçə metr olacağı barədə məlumat verilmir. Hazırda ən hündür (452 metr) əkiz qüllələr Kuala-Lumpurdakı "Petronas Twin Towers"dır.

Dünyanın ən hündür göydələni isə Dubaydadır. "Burj Khalifa" göydələninin hündürlüyü 828 metrdir.
 





28.10.2014    çap et  çap et