https://525.az/img/pics/medium/2025-05/353129_5ccrfbh19s.jpg “525-ci qəzet”in 16 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-05/353125_d6scf7e4px.jpg Zamanı aşan söz
https://525.az/img/pics/medium/2025-05/353018_lnx3p2r5j8.jpg "Azərbaycan qadınları xalqımızın tarixinə sanballı töhfələr veriblər"
https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg "Köhnəlməyən xiffət"ə sözardı... - Şahanə Müşfiq yazır
search
15 May 2025

Güləşçimiz bürünc medal qazandı

Güləşçimiz bürünc medal qazandı

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Tural Əhmədov (60 kq) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə (9:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Papik Cavadyana 0:2 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Ruslan Nurullayev (72 kq) isə 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Bu görüşdə əsas hadisələr ilk hissədə baş edib. Fasiləyə həmyerlimiz minimal fərqlə (6:5) öndə yollanıb. İkinci hissədə hesab dəyişməyib və Ruslan dünya üçüncüsü olub.

Beləliklə, millimiz mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, dünən Cocu Səmədov (87 kq) dünya ikincisi olub.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.