Toronto, Kanada (4 Sentyabr, 2024-cü il) - Erməni diaspor təşkilatlarının təsiri altında olan Kanadan parlamentinin bir neçə üzvü qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyinin elan edilməsinin ildönümünü qeyd etmək adı altında video müraciət yaymışlar. Video müraciətlərdə səslənən absurd fikirlərə etiraz olaraq, Kanadada fəaliyyət göstərən NAC – Network of Azerbaijani Canadians (Kanada Azərbaycanlıları Şəbəkəsi) bəyanat yaymışdır. https://x.com/azcanet/status/1831363861745971437
525,az xəbər verir ki, NAC-in sosial media hesabları vasitəsilə yayılan və həmçinin Kanada parlament üzvlərinin ünvanlarına göndərilən müraciətdə, parlamentin ermənipərəst üzvləri - Grnett Genuis, Alexander Boulerice və Stephane Bergeron tərəfindən yayılan video müraciətlərin gülünc olduğu və tarixi və siyasi reallıqlarla kökündən ziddiyyət təşkil etdiyi bildirilmişdir. Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında qaldığı, və 700,000-dən artıq yerli azərbaycanlı əhalinin məcburi köçkün kimi öz torpaqlarında qovulduğu faktı qeyd edilmişdir.
Azərbaycan dövlətinin bu illər ərzində münaqişənin sülh yolu ilə həll edilməsi səylərinə sadiq qalmağına baxmayaraq, Ermənistən tərəfi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsbit edən 4 qətnaməsi və digər beynəlxalq hüquqi sənədləri vecinə almayaraq qondarma qurum yaratmışdı. 2020-ci ildə Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etmək hüququnda istifadə etdi və 2023-cü ildə bu proses tamamlandı.
Qeyd edilmişdir ki, Kanada hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair dəfələrlər verdiyi bəyanatlara baxmayaraq sözügedən deputatların işlətdiyi ifadələr Azərbaycan icmasının hiddətinə səbəb olmuşdur. Bu deputatlar, münaqişənin tarixi və hüquqi tərəfləri barədə öz biliklərini artırmalı və erməni lobbisinin təsirlərinə məruz qalmamalı, sülh və əmin amanlığı təşviq edən bəyanatlar verməlidirlər.
NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılmış və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir. ####
Əlaqə üçün: Nigar Cəbiyeva - [email protected]
Facebook: www.facebook.com/azcanet
Twitter: www.twitter.com/azcanet