2021-ci ildən başlayaraq Moskvada silahlı qarət törədən cinayətkar qrup ələ keçib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qrupun 6 üzvündən 5-i Tacikistan, 1-i isə Dağıstan əsilli Rusiya vətəndaşıdır.
Qarətçilər müxtəlif vaxtlarda bir neçə nəfərə basqın etməklə vətəndaşların iri məbləğdə pulunu ələ keçiriblər. Bir halda onlar silahdan istifadə ediblər və nəticədə zərərçəkən ayağından güllə yarası alıb.
Sonuncu dəfə ötən ilin dekabrında "iş başında" olan cinayətkarlar bir neçə gün əvvəl ələ keçiblər. Məlum olub ki, onların 5-i də Rusiyada qeydiyyatsız yaşayırmışlar.
Qeyd edək ki, istintaqla qrup üzvlərinin vətəndaşlara ümumilikdə 43 milyon rublunu (822 min manat) ziyan vurduqları müəyyən olunub.
L.Tağıyeva