İlon Mask Braziliyanın "yeganə real xəbər mənbəyi olan" X-ı bağlamağına reaksiya verib.
525.az “HABER GLOBAL”a istinadən xəbər verir ki, Braziliya Ali Məhkəməsi ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verən X sosial media platformasına girişi qadağan edib. İlon Mask qərara reaksiya verərək: "Braziliyadakı 1 nömrəli real mənbəni bağlayırlar", - deyib.
Açıqlamada həmçinin qeyd olunub ki, VPN kimi üsullarla X-a daxil olmağa çalışan şəxslər və ya təşkilatlar üçün cərimələr tətbiq olunacaq.
Qərarla bağlı İlon Mask: "İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim siyasi səbəblərdən onu məhv edir. Braziliyada 1 nömrəli həqiqət mənbəyini bağlayırlar", - deyə qeyd edib.
Ləman İlkin