525.Az

Rusiyanın Lvova hücumunda 5 nəfər ölüb - Ukrayna


 

Rusiyanın Lvova hücumunda 5 nəfər ölüb - <b style="color:red">Ukrayna</b>

Ukrayna Rusiyanın Lvova raket hücumu nəticəsində 5 nəfər öldüyünü açıqlayıb.

525.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun Lvov şəhərinə raket hücumu həyata keçirdiyini bildirib. Hücumun mülki infrastruktura həyata keçirildiyinə işarə edən Zelenski mövcud məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla 5 nəfərin öldüyünü, 30-dan çox insanın isə yaralandığını bildirib və əlavə edib: “Adi yaşayış binaları, şəhərdəki məktəblərə, tibb müəssisələrinə ziyan dəyib”.

Lvov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski teleqram hesabında paylaşdığı yazılı açıqlamada, son məlumata görə, Lvova hücum nəticəsində 38 nəfərin yaralandığını bildirib. 

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının teleqram hesabından verilən açıqlamada, paytaxt Kiyevə PUA hücumu təhlükəsinin davam etdiyi bildirilib.

Ləman İlkin

 





04.09.2024    çap et  çap et