https://525.az/img/pics/medium/2025-03/347411_bczgu1wnud.jpg Bayram namazının vaxtı açıqlanıb
https://525.az/img/pics/medium/2025-03/347370_cus6p0dlrh.jpg İmamoğlu və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıblar
https://525.az/img/pics/medium/2024-11/333005_ln769xjood.jpeg Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2025-03/347350_2nf9y9wp7s.jpg Dünyanın ən yaxşı HÜCUMÇULARI
search
24 Mart 2025
23 Mart 2025

Paris-2024: Azərbaycan millisi medal sıralamasında 28-cidir

Paris-2024: Azərbaycan millisi medal sıralamasında 28-cidir

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 28-ci pillədə qərarlaşıb.

525.az-ın məlumatına görə, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.

Siyahıya Çin (62 qızıl, 46 gümüş, 27 bürünc) başçılıq edir. Böyük Britaniya (33 qızıl, 25 gümüş, 16 bürünc) ikinci, ABŞ (25 qızıl, 26 gümüş, 12 bürünc) üçüncüdür.

Hələlik 78 ölkə təmsilçiləri mükafat əldə edə biliblər.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.